"Qarabağ"ın yarımmüdafiəçisi Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər. Matc.az saytı xəbər verir ki, bu barədə məlumatı yerli "Sport Time" nəşri yayıb.
Bildirilir ki, Azərbaycan millisinin üzvü AEK klubunun diqqət mərkəzindədi. Yunanlar onunla hələ qış transfer dönəminin sonlarında danışıq aparıb. Lakin sonradan afinalılar bu transferi mövsümün sonuna saxlamaq qərarına gəlib. Mədətovun adı hələ də AEK-in transfer siyahısındadı və klub rəhbərliyinin onu mövsümün sonunda heyətə qatması istisna edilmir.
Qeyd edək ki, Mahir Mədətov bu mövsüm 34 oyunda iştirak edib, 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.