12 Oktyabr 2026, 23:47
FUTBOL
"Samsunspor" ardıcıl alınan 5 məğlubiyyətin ardından baş məşqçisi Torsten Fink ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, klubun rəsmisi Veysəl Bilən 58 yaşlı almaniyalı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildiyini açıqlayıb. "Qırmızı-bəyazlılar" çempionatda keçirdikləri son 7 matçda cəmi 4 xal toplaya biliblər. Komanda son olaraq öz meydanında "Trabzonspor"a 3:0 hesabı ilə məğlub olub. Uğursuz gedişatın ardından rəhbərlik faturanı təcrübəli baş məşqçiyə kəsib.
Qeyd edək ki, fevral ayında komandanın sükanı arxasına keçən Torsten Fink "Samsunspor"un başında ümumilikdə 25 rəsmi matça çıxıb.













