Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Özbəkistanın "Neftçi" klubları arasında keçirilməli olan Asiya Çempionlar Liqasının qrup mərhələsinin matçı rəsmən təxirə salınıb.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.

Bildirilir ki, qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaranan raket təhlükəsi səbəbindən start fitinə az qalmış dayandırılıb. Yerli medianın yaydığı məlumata görə, Yəmən tərəfindən Ər-Riyad istiqamətində ballistik raket buraxılıb. Yaranan təhlükə ilə əlaqədar təhlükəsizlik xidməti futbol matçının başlanmasını təxirə salmaq qərarına gəlib.

"Əl-Əvvəl Park" stadionunun diktoru tribunalardakı azarkeşlərə müraciət edərək onlardan təmkinli olmağı və təhlükəsiz yerlərdə qalmağı xahiş edib.

Görüşün başlama vaxtı qeyri-müəyyən müddətə təxirə salınıb, turnirin təşkilatçıları və xilasetmə xidmətləri şəhərdəki mövcud vəziyyəti qiymətləndirirlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest