13 Oktyabr 2026, 10:36
FUTBOL
FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) - "Real Madrid" (İspaniya) oyununu idarə edəcək.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.
Oktyabrın 14-də Roma şəhərində yerləşən "Stadio Tre Fontane"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.













