Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyası məlumat yayıb.
 
Qurum martın 24-də Azərbaycan, 27-də isə Estoniya ilə evdə keçiriləcək qarşılaşmanın ilkin bilet satışı mərhələsinə başlanıldığını açıqlayıb. Linzdəki "Raiffeysen Arena"da baş tutacaq matçlara VIP biletlərin qiyməti 396 avro, hər iki görüş üçün isə 690 avro kimi müəyyənləşdirilib.
 
Biletləri assosiasiyanın saytından sifariş vermək mümkündür.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest