07 Mart 2019, 16:35
TOP OYUNLARI
Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında xoşagəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, III dövrənin ilk turunun "Lokomotiv" – U-19 görüşü qeyri-adi olayla diqqət çəkib.
Belə ki, bir neçə aydır qonorarını ala bilməyən hakimlər bu matçı idarə etməkdən imtina ediblər. Bu boykot səbəbindən çıxılmaz vəziyyətdə qalan təşkilatçılar görüşün "Lokomotiv"in birinin məşqçisinin idarə etməsinə qərar veriblər. Matçda yan xətt referiləri isə ümumiyyətlə olmayıb. ONA.az