Avrokuboklara iddia edən "Qəbələ" qış transfer dönəmində ilk keçidini açıqlayıb. Matc.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə Əyyub Allaşın keçidini bəyan edib.
 
Mərakeş əsilli belçikalı yarımmüdafiəçi "qırmızı-qaralar"la 1,5 illik müqavilə imzalayıb. 25 yaşlı oyunçu yeni komandasına Belçika təmsilçisi "Virton"dan keçib. Allaş "Virton"a qədər "Lyers" (2014-2018), "Svope Park Reyncers" (2019-2020) və "Lyers Kempenzone"nin (2020-2021) də formasını geyinib.
 
Qeyd edək ki, Əyyub Allaş 2015-ci ildə Mərakeşin U-20 yığmasının şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest