Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. Matc.az xəbər verir ki, UEFA 1/8 finalın ilk oyunları çərçivəsində baş tutan 8 qarşılaşmadan sonra bu ada dörd iddiaçını müəyyənləşdirib.
Bunlar Rodriqo ("Valensiya"), Kevin Trapp ("Ayntraxt"), Pedro Rodriges ("çelsi") və İsmaila Sarrdı ("Renn").
Ən yaxşı oyunçu azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.