Topaz Premyer Liqasının VIII turunda "Sabah"la qarşılaşacaq "Sumqayıt" hazırlıqlarını davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında bu gün növbəti məşqini keçirib.

U-21 millinin toplanışında olan Süleyman Əhmədov, Yusif Nəbiyev və Süleyman Süleymanov hazırlıq prosesində iştirak etməyib. Yüngül zədəsi olan Şəhriyar Əliyev və Elvin Məmmədov fitness zalında fərdi məşqlə, Əfran İsmayılov isə meydançada yüngül qaçışla kifayətlənib. 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, "Sumqayıt" – "Sabah" qarşılaşması oktyabrın 21-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest