Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada Belçikanın "Yunion" komandasının hücumçusu Viktor Bonifase layiq görülüb.
 
Nigeriyadan olan 22 yaşlı forvard Almaniyanın "Union Berlin" komandasına qarşı keçirdikləri oyunda (3:3) dubla imza atmışdı.
 
Avroliqada həftənin ən yaxşısı oyunçusu adına Almaniyanın "Bayer" klubundan Edmond Tapsoba, İngiltərə "Mançester Yunayted"indən Bruno Fernandes və İtaliyanın "Roma" komandasından Paulo Dibala da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest