Estoniya yığmasının baş məşqçisi Tomas Heberli AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:2 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, isveçrəli çalışdırıcı səfərdən xalla dönə bilmədikləri üçün məyus olduqlarını bildirib.
 
49 yaşlı çalışdırıcı iyunun 17-də növbəti tur çərçivəsində üz-üzə gələcəkləri Azərbaycan millisi ilə qarşılaşmadan gözləntilərini də bölüşüb: 
 
"Belə mübarizədən sonra heç nə əldə edə bilməmək bizi çox üzdü. Ancaq qəbul etməliyik ki, futbol 85 yox, 90 dəqiqə oynanılır. Uğurlu nəticə əldə edə bilmədiyimiz üçün əsəbiyəm. Bu oyun göstərdi ki, çox güclü rəqiblərlə mübarizə apara bilərik. Azərbaycanla növbəti matçda oynamaq, bəlkə də, bir az asan olar. Avstriya ilə oyun çox çətin idi. Ancaq Azərbaycanla oyun fərqli olacaq. Həmin görüşdə topa daha çox sahib ola, əks-hücum yox, hücum futbolu göstərə biləcəyik".
 
Qeyd edək ki, Azərbaycan – Estoniya qarşılaşması "Dalğa Arena"da olacaq. Azərbaycan iki, Estoniya isə bir oyundan sonra aktivinə xal yazdıra bilməyib.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest