PSJ-nin ulduz futbolçusu Lionel Messi "Barselona"ya qayıtmağa yaxındı. Matc.az xəbər verir ki, 36 yaşlı hücumçu atasından və menecerindən Kataloniya təmsilçisinin prezidenti Joan Laporta ilə danışıqlar aparmağı istəyib.
 
Argentinalı forvard özü məsələni komandanın baş məşqçisi Xavi ilə də müzakirə edəcək. Messinin mümkün qayıdışı "Barselona" oyunçularını da həyəcanlandırıb.
 
Argentinalının PSJ ilə müqaviləsi mövsümün sonuna qədər olduğundan, o, "Barselona"ya azad agent kimi qayıda biləcək.
 
Qeyd edək ki, Lionel Messi 2004-2021-ci illərdə İspaniya klubunun formasını geyinib.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest