"Neftçi” Topaz Premyer Liqasının XXI turunda qarşılaşacağı "Qəbələ” ilə görüşün hazırlığını başa vurub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar bu gün oyunöncəsi son məşqə çıxıb.

"Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, sabah "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest