Yaxın illərdə "Qəbələ" çempionluğa, "Neftçi" avrokuboka iddia edirdisə, bu mövsüm rollar dəyişib. Sona 8 tur qalmış "ağ-qaralar" çempionata liderlik edirsə, "qırmızı-qaralar" hələ də 3-cü yerə yüksəlmək üçün dəridən-qabıqdan çıxır.

Topaz Premyer Liqasında XXI tura "Bakcell Arena"da yekun vurulacaq. Matc.az saytının məlumatına görə, "Neftçi" - "Qəbələ" oyunu ilə həm də çempionatda ayın sonuna qədər fasilə yaranacaq.

Yaxın illərdə "Qəbələ" çempionluğa, "Neftçi" avrokuboka iddia edirdisə, bu mövsüm rollar dəyişib. Sona 8 tur qalmış "ağ-qaralar" çempionata liderlik edirsə, "qırmızı-qaralar" hələ də 3-cü yerə yüksəlmək üçün dəridən-qabıqdan çıxır.

2019-cu ilə qeyri-stabil start götürən "Neftçi" ilk dörd oyunda 7 xal itirib. Roberto Bordinin yetirmələri yalnız son iki turda qələbələri sıralayaraq yenidən vahid liderə çevrilib. Xüsusən də, ötən turda "Sumqayıt" üzərində əzmkar qələbəni vurğulamaq lazımdı. Elə "Qəbələ"nin builki göstəriciləri də "Neftçi" ilə eynidi. Bölgə təmsilçisi yeganə məğlubiyyətini XVII turda "Qarabağ"dan alıb.

Şəxsi görüşlərin statistikasına nəzər yetirsək, komandalar arasında ciddi fərqin olmadığını görərik. "Neftçi"nin aktivində 2 qələbə artıqdısa, top fərqində "Qəbələ" üstündü. Bakılılar son 7 qarşılaşmanın hamısında rəqibi mərkəzə dəvət etməyi bacarıb və "Qəbələ" axır iki səfər oyununda xal ala bilməyib. Cari mövsümün ilk iki dövrəsində isə ev sahibi olan tərəf 3 xala sevinib.

Hər iki komandanın heyətlə bağlı problemi mövcuddu. Paytaxt klubunda Soni Mustivar və Məhəmməd Mirzəbəyovun cəza müddəti başa çatıb. Amma əvəzində komandanın qol "silahı" Baqali Dabo sabiq komandası ilə görüşü buraxmalı olacaq. Buna səbəb onun sarı vərəqə limitini doldurmasıdı. Həmçinin Rəhman Hacıyev də hələ oynamağa hazır deyil.

"Qəbələ" isə kapitanı Cavid Hüseynovun cəzasını ötən turda çəkməsinə sevinsə də, Bəhlul Mustafazadənin qırmızı vərəqə alması baş məşqçi Sənan Qurbanovu çıxılmaz vəziyyətə salıb. çünki digər mərkəz müdafiəçisi Vojislav Stankoviç də zədədən əziyyət çəkir. Hazırda çalışdırıcının ixtiyarında bu mövqe oyunçularından yalnız Rasim Ramaldanov var. Bir sözlə, bir tərəfdə hücumçu, digərində isə müdafiəçi problemi yaşanır.

"Neftçi"nin büdrəməsi "Qarabağ"ın növbəti dəfə ona çatmasına/keçməsinə səbəb ola bilər. "Səbail"in bu tur xal itirmək ehtimalının yüksək olması isə "Qəbələ"yə üçüncü pilləyə yüksəlmək və ya daha da yaxınlaşmaq baxımından əlavə motivasiya verir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest