19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, oyunların olacağı Krasnodar şəhərinə yola düşməzdən əvvəl AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov, eləcə də U-21 millisinin baş məşqçisi Milan Obradoviç yığma üzvləri ilə görüşüb.
"Dalğa Arena"nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində keçirilmiş görüşdə millimizə uğrular arzulanıb, müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, U-19 millimiz elit-raund mərhələsində martın 20-də Rusiya, 3 gün sonra İrlandiya, martın 26-da isə Rumıniya ilə qarşılaşacaq.