Qananın əfsanəvi futbolçusu Maykl Essyen yenidən Azərbaycana gəlib. Karyerasını ölkəmizdə davam etdirməsi gözlənilən 37 yaşlı yarımmüdafiəçi bu gün Topaz Premyer Liqasının XXI turu çərçivəsində “Səbail” – “Qarabağ” oyununu izləyəcək.

Qananın əfsanəvi futbolçusu Maykl Essyen yenidən Azərbaycana gəlib. Matc.az xəbər verir ki, karyerasını ölkəmizdə davam etdirməsi gözlənilən 37 yaşlı yarımmüdafiəçi bu gün Topaz Premyer Liqasının XXI turu çərçivəsində “Səbail” – “Qarabağ” oyununu izləyəcək.

Bu da səbəbsiz deyil. Çünki "Çelsi", "Real" və "Milan"ın sabiq oyunçusunun "Səbail"ə keçidi gündəmdədi. Hətta bu səfər zamanı tərəflər arasında son danışıqların aparılması və müqavilənin imzalanması gözlənilir.

Onun paytaxt təmsilçisi ilə müqavilə müddəti açıqlanmasa da, bunun 1 və ya 1,5 illik olması ehtimal edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest