17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına yığışacaq. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komanda sabah bir araya gələcək.

U-17 martın 20-dək Bakıda hazırlıq keçəcək. Hazırlıq prosesinə 27 futbolçu dəvət olunub.

Toplanışa çağırılan oyunçular: Elgün Bayramov, Mirəli Əhmədov, Nihat Cəfərov, Rəvan Narıyev ("Neftçi"), Kamran Şəbiyev, Fərrux Fərzəliyev, Ragif  Abişov, Vüsal Qəmbərov, Şahin Kərimli ("Sabah"), Mirismail Rəhimov, Musa Musazadə ("Qarabağ"), ülvi Mədətov, Xəyal Səmədov, Rauf Rüstəmli, Gülağa Əsədov, Mehrac Baxşəliyev, ümid Həmzəyev ("Qəbələ"), Cəlal Hüseynov, Rəhim Cəfərli, Vüsal Əliyev, Mirzəbəy Şahbazov ("Zirə"), Əli Abbasov, Nihat Babayev, Elməddin Qurbanlı, Rauf Ağasənov ("Səbail"), Kamal Kazımov ("Keşlə"), Kamran Dəmirçiyev ("Molodeçno", Belarus).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest