Xalların bərabər olması hər iki komandanın ziyanınadı. Deməzdim ki, daxili ab-havaya pis təsir edər. Növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. İndi "Qarabağ"la xallarımız bərabər olsa da, birinci yerdə yenə bizik.

"Bizə lazım olan nəticə alınmadı. "Qarabağ"la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu, bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyununu əks-hücumlarda qurmağa çalışırdı. İlk hissədə bir neçə təhlükəli vəziyyətimiz oldu, ancaq bunu qola çevilə bilmədik". Matc.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Topaz Premyer Liqasının XXI turunda "Qəbələ"ni qəbul edən paytaxt təmsilçisi xal itkisi ilə üzləşərək çempionluq yolunda zərbə alıb.

Qarşılaşma başa çatdıqdan sonra sualları cavablandıran italiyalı mütəxəssis fikirlərini belə davam etdirib: "İkinci hissədə istəyimizə çatdıq. Qol buraxdıqdan sonra da hücumlarımızı davam etdirdik. Buraxdığımız qolda Səlahət Ağayevlə ömər Buludov arasında anlaşılmazlıq oldu. Komandam yaxşı oynadı, razı qaldım. Bu gün bir xalla kifayətlənsək də, bununla futbol bitmir".

- Motivasiya bu gün çox yaxşı idi. Bəs, qələbə üçün nə çatmadı?

- Sonadək mübarizə apardıq ki, qələbə qazanaq. Bəzən təhlükəli vəziyyətlərdə bəxtimiz gətirmədi.

- Canluka Sansone – Mirabdulla Abbasov əvəzetməsinə görə peşman oldunuz? Yəni iki hücumçu ilə oynaya bilərdiniz…

- Əlbəttə, bunu istəyirdim. Gördüm ki, Sansone çox yorğun görünür. Artıq enerjisi bitirdi. Həm də ayağında problem vardı. Buna görə məcburiyyətdən onu dəyişməli oldum.

- Qış fasiləsindən sonra "Neftçi"nin arxa xəttində kobud səhvlər olur ki, nəticədə qollar buraxırsınız, xal itirirsiniz. Bunun üzərində xüsusi işləməyi düşünürsünüz?

- Futbolda belə anlaşımazlıq olur. Bilsəydim ki, bu, səhvdi, üzərində işləyərəm. Bu, ani olan epizoddu. Bir epizoda görə futbolçuların zəhmətinin üstündən xətt çəkmək olmaz.

- Səlahət Ağayevin səhvi bağışlanmaz idi, yoxsa…?

- O, səhv deyil, futbolçularımız arasında anlaşmazlıq oldu. Hər ikisi yüz faiz əmin olaraq, belə düşüncə ilə getməli idi ki, topu götürəcək.

- "Qarabağ"la xalların bərabərləşməsi komandanın əhvalına mənfi təsir edəcəkmi?

- Xalların bərabər olması hər iki komandanın ziyanınadı. Deməzdim ki, daxili ab-havaya pis təsir edər. Növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. İndi "Qarabağ"la xallarımız bərabər olsa da, birinci yerdə yenə bizik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest