Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının IV turunda baş tutan Azərbaycan – Trinidad və Tobaqo oyununun statistik göstəriciləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, 3:0 (29:27, 25:16, 25:17) hesabı ilə qalib gələn Faiq Qarayevin yetirmələri bu görüşün ən məhsuldar oyunçusu Polina Rəhimova olub.

ümumilikdə komandamız 79 xaldan 64-nü qazanıb. Digər 15 xal isə rəqibin səhvi sayəsində yığmamızın hesabına yazılıb. 64 xaldan 27-si isə Polinanın aktivindədi. Yana Kulan 15, Odina Əliyeva 10, Aynur İmanova və Olena Həsənova hərəyə 4, Yana Əzimova ilə Kristina Yaqubova 2 xala sevinib.

64 xaldan 49-nu hücumda əldə edən komandamızda Rəhimova 25, Kulan 10, Əliyeva 9, İmanova 3, Həsənova və Yaqubova hərəyə 1 dəfə uğurlu zərbə endirib.

Blokda isə 10 xaldan 4-ü Kulanın, 3-ü Həsənovanın hesabındadısa, Rəhimova, Əliyeva və Yaqubova hərəyə 1 dəfə rəqibin zərbəsini uğurla dəf edib. 5 dəfə uğur qazandığımız servisdə isə Əzimova 2, Rəhimova, Kulan və İmanova 1 dəfə qarşısıalınmaz olub.

Qeyd edək ki, millimiz bu matçda 8 dəfə səhv etməklə rəqibə xal "bağışlayıb".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest