Milli komandanın oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasındakı fasilədən yararlanan klublar sınaq matçları keçirməyi planlaşdırırlar. Matc.az saytının məlumatına görə, "Sabah" da gücünü yoxlama oyununda sınayacaq.

Rəqib isə Region Liqasında çıxış edən "FC Baku" olacaq.

Qarşılaşma martın 24-də "Əlincə Arena"da baş tutacaq. Görüşün start fiti saat 16:00-da çalınacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest