UEFA Avropa Liqasının qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın "Roma" və İspaniyanın "Sevilya" komandaları üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdə baş tutan görüşdə hesabı italiyalılar açıb. 35-ci dəqiqədə Dibala komandasını önə çıxarıb.

"Sevilya" fasilədən sonra tarazlığı bərpa edib. 55-ci dəqiqədə Mançini avtoqol müəllifi olub. Ona çarpan top qapı xəttindən keçib – 1:1.  

Matçın əsas və əlavə vaxtında hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasından sonra bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Sevilya" Avropa Liqasının qalibi adına sahib çıxıb.

Qeyd edək ki, "Roma" tarixində ikinci dəfə Avroliqanın finalında oynayıb. Komanda 1991-ci ildə bu turnirin həlledici oyununda İtaliya "İnter"inə uduzmuşdu.

"Sevilya" isə indiyə qədər qatıldığı final görüşlərinin hamısında (2006, 2007, 2014, 2015, 2016, 2020) qalib gəlmişdi. 

Avropa Liqası
Final

31 may

"Sevilya" – "Roma" - 1:1 (penaltilərlə 4:1)
Mançini, 55 (avtoqol) - Dibala, 35
Budapeşt. "Puşkaş Arena". Baş hakim: Entoni Teylor (İngiltərə)

"Sevilya": 13. Yassin Bunu, 3. Alek Telleş, 6. Nemanya Qudel, 10. İvan Rakitiç, 15. Yussef En-Nesiri, 16. Xesus Navas, 20. Fernando, 21. Oliver Torres. 25. Brayan Gil, 44. Loik Bade, 55. Lukas Okampos
Baş məşqçi: Xose Luis Mendilibar

"Roma": 1 Ruy Patrisiu, 3. İbanyes, 4. Brayan Kristante, 6. Kris Smollinq, 7. Lorentso Pelleqrini, 8. Nemanya Matiç, 9. Teddi Abraham, 19. Zeki çelik, 21. Paulo Dibala, 23. Canluka Mançini, 37 Leonardo Spinatsola
Baş məşqçi: Joze Mourinyo

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest