03 İyun 2023, 00:01
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
	Premyer Liqada dördüncü yeri tutaraq avrokuboklara vəsiqə qazanan və Azərbaycan Kubokunda finala yüksələn "Qəbələ" ciddi dəyişikliklər astanasındadı. Matc.az saytı xəbər verir ki, "qırmızı-qaralar"ın əksər oyunçuları çempionatın digər iştirakçılarının maraq dairəsindədi.
	Əldə etdiyimiz məlumata görə, təkcə əcnəbilər yox, yerlilər də Premyer Liqanın digər komandalarına keçə bilər. Onlardan biri də hücumçu ülvi İsgəndərovdu. "Qırmızı-qaralar"la müqaviləsi bu ayın sonuna qədər olan 26 yaşlı forvard "Sumqayıt" və "Zirə"dən təklif alıb. Ancaq İsgəndərov hələ qərarını verməyib.
	Qeyd edək ki, ülvi İsgəndərov 2019-cu ildən "Qəbələ"də çıxış edir.

 
             
 















