Meydanda keçirdiyi dəqiqə sayına görə rekordçu Rəhman Daşdəmirovdur. 24 yaşlı arxa xətt oyunçusu mövsüm ərzində 3192 dəqiqə mübarizə aparıb. Onun maksimum göstərici üçün cəmi 48 dəqiqəsi çatmayıb.
Misli Premyer Liqasının 2022/2023 mövsümündə cəmi 3 futbolçu 36 oyunun hamısında iştirak edib. Matc.az xəbər verir ki, bunlar "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov, "Zirə"nin orta sahə oyunçusu Rəhim Sadıxov və "Şamaxı"nın müdafiəçisi Rəhman Daşdəmirovdur.
Onlardan Sadıxov və Daşdəmirov bütün qarşılaşmalarda start heyətində meydana çıxmağı bacarıblar.
Meydanda keçirdiyi dəqiqə sayına görə rekordçu Rəhman Daşdəmirovdur. 24 yaşlı arxa xətt oyunçusu mövsüm ərzində 3192 dəqiqə mübarizə aparıb. Onun maksimum göstərici üçün cəmi 48 dəqiqəsi çatmayıb.
ümumilikdə 5 futbolçu 3000 dəqiqə həddini keçə bilib. "Şamaxı"nın digər üzvü Fuad Bayramov 35 qarşılaşmada 3096 dəqiqə meydanda olub. Bu baxımdan üçüncü sırada Rəhim Sadıxov yer alıb. "Zirə"nin aparıcı futbolçusu 3035 dəqiqəyə 7 qol sığdırıb.
Maraqlıdır ki, "Kəpəz"dən yeni ayrılan Yusif Nəbiyev 34 görüşdə gəncəlilərin formasını geyinsə də, 3012 dəqiqəlik mübarizə ilə sıralamada dördüncüdür.
İlk "beşliy"i isə "Neftçi"nin kapitanı Emin Mahmudov qapayır. 31 yaşlı pleymeyker 36 qarşılaşmada 3002 dəqiqə çıxış edib, aktivinə 17 qol yazdırıb (report).