"Vest Hem"in müdafiəçisi Emerson beynəlxalq səviyyədə 5 fərqli Avropa yarışını qazanan ilk futbolçu olub. Matc.az xəbər verir ki, o, komandasının Konfrans Liqasının qalibi olması ilə rekorda imza atıb.
 
London təmsilçisi finalda "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edərək, titula yiyələnib.
 
Emerson isə bundan əvvəl 2021-ci ildə İtaliya ilə AVRO-2020-nin qalibi olub, "çelsi" ilə çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.  O, həmçinin 2019-cu ildə "zadəganlar"ın heyətində Avropa Liqasının da qalibi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest