"Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu".

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubu ilə rəqib olan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov püşkatmanın nəticələrini dəyərləndirib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis turnirə qatılmaq qərarının komanda üçün sürpriz olduğunu gizlətməyib: “Əslində bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz 'Torpedo'dur".

Sadıqov rəqibin güclü tərəflərinə diqqət çəkərək, Kutaisi təmsilçisinin avrokubok təcrübəsinə malik olduğunu vurğulayıb: "Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır. Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, inşallah sonda mərhələ keçən tərəf olmaq istəyirik”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest