"Tottenhem"in yeni stadionu klubun istifadəsinə verilib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Tottenhem Hotspur Arena"da artıq ilk oyun keçirilib.

Belə ki, londonluların U-18 komandası dünən "Sauthempton"la üz-üzə gəlib. 30 min azarkeşin izlədiyi görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Yeni arena 800 milyon funt-sterlinqə başa gəlib.

Açılış oyununu izləyən əsas komandanın baş məşqçisi Mauritsio Poçettino təəssüratlarını da bölüşüb: "Vayt Hart Leyn"lə vidalaşdığımız zaman olduğu kimi, indi də ağlayırıq. çünki xəyallarımız gerçək oldu".

Qeyd edək ki, "Tottenhem" 62 min tamaşaçı tutumuna malik yeni arenasında ilk matçını aprelin 3-də "Kristal Pelas"la keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest