Gələcək haqqında heç kim dəqiq nəsə deyə bilməz. Qələbəni hər birimiz arzulayırıq, amma bəzən bunu reallaşdıra bilmirik. Daha çox və daha yaxşı məşq edərək növbəti oyunlarda qələbə qazanacağımızı düşünürəm.

Milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilov Litva ilə yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə “Alkorkon”un futbolçusu yığmadakı çıxışını dəyərləndirib.

- Oyun haqqında nə düşünürsüz? Qələbə üçün nə çatmadı?

- Sadəcə qol çatmadı. Yaxşı oynadıq, mübarizə apardıq, sadəcə fərqlənə bilmədik. Yeni oyunçular və baş məşqçi ilə bundan sonra daha yaxşı məşq edib növbəti qarşılaşmalara hazırlaşacağıq.

- Xorvatiya ilə oyundan sonra hər kəs yığmadan qələbə gözləyirdi...

- Gələcək haqqında heç kim dəqiq nəsə deyə bilməz. Qələbəni hər birimiz arzulayırıq, amma bəzən bunu reallaşdıra bilmirik. Daha çox və daha yaxşı məşq edərək növbəti oyunlarda qələbə qazanacağımızı düşünürəm.

- Komandamızın qrupdan çıxmaq şansını necə qiymətləndirirsiniz? Sizcə, bu, reallaşa bilər?

- Bilmirəm. Biz çıxmaq istəyirik, amma yekunda nə olacağını deyə bilmərəm.

- Buna gücünüz varmı?

- Əlbəttə, gücümüz də, istəyimiz də var. Sadəcə gələcəyi qabaqlamaq olmur.

- Uzun müddətdi ki, milli komandaya dəvət almırdın. Əvvəlki illərlə müqayisədə bu dəfə həm Xorvatiya, həm də Litva ilə matçlarda daha yaxşı çıxış etdin. O zamandan bəri millidə nə dəyişib?

- Mən həmişə yaxşı oynamaq istəyirəm. Bəzən bu, alınır, bəzən alınmır. Dediyiniz kimi, əgər bu matçlarda yaxşı çıxış etmişəmsə, mənim üçün xoşdu.

- Qurban Qurbanov millinin baş məşqçisi olduğu zamanlarda sizə dəvət yollamadı. Onunla bu barədə söhbətiniz olmuşdumu? Sizi niyə çağırmırdı?

- Bu barədə məndən deyil, Qurbanovun özündən soruşmalısınız.

- Nikola Yurçeviç haqqında nə düşünürsüz? Komandanı gücləndirə bilərmi?

- Hələ bu barədə danışmaq çox tezdi. Yaxşı “oğlandı”, yaxşı motivatordu, bizimlə çox danışır, oyuna kökləyir. Amma oynayaq, görək, nəticələr necə olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest