"Dünya çempionatı kimi turnirdəki oyunlarda bütün setləri qazanmaq çox çətindi. Çünki güclü rəqiblərlə qarşılaşırıq. Ancaq bu gün istəyimizi reallaşdıra bildik"

"Hər oyunda məqsədimiz qələbə qazanmaq, bütün setləri üstün keçirməkdi". Matç.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

Yaponiyada keçirilən dünya çempionatında bu gün Trinidad və Tobaqo ilə qarşılaşan yığmamız 3:0 hesablı qələbə qazanıb.

Yarışın rəsmi saytına oyunla bağlı fikirlərini açıqlayan Ağayev komandanın çıxışından məmnun qalıb: "Əlbəttə ki, dünya çempionatı kimi turnirdəki oyunlarda bütün setləri qazanmaq çox çətindi. çünki güclü rəqiblərlə qarşılaşırıq. Ancaq bu gün istəyimizi reallaşdıra bildik".

Trinidad və Tobaqo yığmasının baş məşqçisi Fransisko Kruz Ximenes isə rəqibin güclü oynadığını söyləyib: "Voleybolçularımız belə böyük zallarda oynamağa öyrəşiblər və özlərini artıq rahat hiss edirlər. Belə atmosfer komandaya mənfi təsir etmir. Ancaq bugünkü qarşılaşmada Azərbaycan bizdən güclü idi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest