Avropa Liqasında növbəti oyunlar keçirilib. Matc.az saytının məlumatına görə, Azərbaycanın bu turnirdəki təmsilçisi "Qarabağ" III təsnifat mərhələsində Finlandiya HİK-ini qəbul edib.

Oyunda hesab ikinci hissədə açılıb. 55-ci dəqiqədə Leandro Andrade "Qarabağ"ı önə çıxarıb. Təmsilçimizin bundan sonra da hesabı artırmaq şansı olsa da, əvəzində qonaqlar fərqlənib. 77-ci dəqiqədə finlandiyalılar bərabərlik qolunu vurublar. Amma ruhdan düşməyən "Qarabağ" 85-ci dəqiqədə Juninyonun dəqiq zərbə ilə qələbə topunu vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 20-də keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
10 avqust
 
"Qarabağ" (Azərbaycan) - HİK (Finlandiya) - 2:1
Qollar: Andrade, 55; Juninyo, 85 - Olusanya, 77
Baş hakim: Roy Reynsreyber (İsrail)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
 
HİK: 1. Yesse öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka
Ehtiyat oyunçular: 78. Aleks Ramula, 85. Niki Myanpa, 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 7. Santeri Hostikka, 8. Filip Rogiç, 29. Entoni Olusanya, 56. Perparim Hetemay
Baş məşqçi: Toni Korkeakunnas
 
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest