Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə başa çatıb. Matc.az saytının məlumatına görə, artıq sonuncu - həlledici dövrə start götürüb.

XXII turun ilk iki görüşü bu gün baş tutub. Həmin oyunlarda paytaxt təmsilçiləri üz-üzə gəlib.

Açılış matçı "Zirə" ilə "Səbail" arasında keçirilib. Son 3 oyunda aktivinə cəmi 1 xal yazdıran 3-cü pillənin sahibi "Səbail" səfər qələbəsinə sevinib. Şəhriyar Rəhimovun son dəqiqə qolu Aftandil Hacıyevin yetirmələrinə 3 xal qazandırıb. Bununla "Zirə"nin Premyer Liqada 6 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. "Səbail" həm də 90 dəqiqəlik mübarizə ilə ilk dəfə "Zirə"yə qalib gəlib.

Digər paytaxt derbisində lider "Neftçi" "Keşlə"nin qonağı olub. Bu görüşün taleyini 1 qol həll edib. Belə ki, Emin Mahmudovun 79-cu dəqiqədə penaltidən vurduğu yeganə top "ağ-qaralar"a qələbə qazandırıb. Bununla komanda ardıcıl 15 oyunda "Keşlə"nin qapısına yol tapa bilib. Roberto Bordinin yetirmələri ən azı 2 günlük "Qarabağ"ı 3 xal qabaqlayır.

 

Topaz Premyer Liqası
XXII tur
30 mart (şənbə)

"Keşlə" – "Neftçi" - 0:1

Qol: Emin Mahmudov, 79 (pen.)

"ASK Arena". Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov

"Keşlə": 1. Kamran Ağayev (k), 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 3. Denis Silva, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 25. Con Kamara, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 8. Seymur Əsədov, 10. Ruslan Nəsirli, 24. Fuad Bayramov, 9. Amil Yunanov, 17. Samir Məsimov, 14. Andre Klennon, 78. Elmir Rəhimzadə, 91. Nurlan Quliyev

Baş məşqçi: Tərlan Əhmədov

"Neftçi": 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 26. ömər Buludov

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 6. Qoran Paratski, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov

Baş məşqçi: Roberto Bordin

 

"Zirə" – "Səbail" - 1:2

Qollar: Xulio Sezar Rodriges, 69 - Ağabala Ramazanov, 41; Şəhriyar Rəhimov, 90+4

Zirə İdman Kompleksinin stadionu. Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov

"Zirə": 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 18. Xulio Sezar Rodriges, 38. İlkin Muradov

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 20. Fofana İsmael, 99. Rafael Məhərrəmli

Baş məşqçi: Samir Abasov

"Səbail": 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 33. Tome Kitanovski, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov , 11. Ruslan Qurbanov, 4. Enrike Perilyo, 3. Tamazi Tsetsxladze, 21. Akpoveta Oke, 9. İmanol İriberri, 6. Maykl Essyen, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

 

1

Neftçi

22

14

6

2

37-15

48

2

Qarabağ

21

13

6

2

41-18

45

3

Səbail

22

10

4

8

26-22

34

4

Qəbələ

21

7

8

6

24-23

29

5

Sabah

21

6

4

11

16-30

22

6

Zirə

22

5

7

10

19-30

22

7

Keşlə

22

5

4

13

21-33

19

8

Sumqayıt

21

4

5

12

16-29

17

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest