30 Avqust 2023, 21:17
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				  
 
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpiya" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sloveniya klubu "Eqnatiya"dan Redi Kasanı transfer edib. Futbolçu "Olimpiya"da 2023-2024 mövsümündə icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" arasında cavab matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 
             
 















