"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bilinib. Matc.az saytı xəbər verir ki, bu gün keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.
 
Azərbaycan çempionu H qrupunda yer alıb. Qurban Qurbanovun yetirmələri burada "Bayer" (Almaniya), "Molde" (Norveç) və "Haken"lə (İsveç) mübarizə aparacaq.
 
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin ilk oyunları sentyabrın 21-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest