Boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində 1/2 final mərhələsinin görüşləri başa çatıb. Matc.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın beşinci günündə finalçıların adlarına aydınlıq gəlib.

Bu gün baş tutan 20 qarşılaşmada Azərbaycan millisinin 15 boksçusu qüvvəsini sınayıb. Onlardan 7-si həlledici döyüşdə iştirak hüququ qazanıb. 8 boksçumuz isə bürünc medalla kifayətlənib.

Final mərhələsinin görüşləri bu gün olacaq.

Qeyd edək ki, turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər.

 

1/2 final

49 kq

Casurbek Latipov (Özbəkistan) – Şalkar Ayxinbay (Qazaxıstan) – 0:3

Yermek Madiyev (Qazaxıstan) – Nodirjon Mirzəhmedov (Özbəkistan) – 0:5

 

52 kq

Məsud Yusifzadə (Azərbaycan) – Elvin Məmişzadə (Azərbaycan) – 3:2

Oljas Bayniyazov (Qazaxıstan) – Həsənboy Dusmatov (Özbəkistan) – ikinci döyüşə gəlməyib

 

56 kq

Tayfur Əliyev (Azərbaycan) – Qoşqar Səfərli (Azərbaycan) – 5:0

Abdullaziz Elmandini (Mərakeş) – Orazbek Assilkulov (Qazaxıstan) – 1:4

 

60 kq

Cavid Çələbiyev (Azərbaycan) – Şukurjon Rəhimov (Özbəkistan) – 2:3

Ruslan Rüstəmov (Azərbaycan) – Mohamed Hamut (Mərakeş) – birinci döyüşə gəlməyib

 

64 kq

Fərid Ağamoğlanov (Azərbaycan) – Sabirxan Bekbergenov (Qazaxıstan) – 0:5

Alişa Şərifov (Rusiya) – Almasbek Alibekov (Qazaxıstan) – 5:0

 

69 kq

Maulen Oskenbek (Qazaxıstan) – Sahm Kadim (İraq) – 4:1

İkboljon Xoldarov (Özbəkistan) – Tamerlan Maqomedov (Rusiya) – 4:1

 

75 kq

Kamran Şahsuvarlı (Azərbaycan) – Gülər Sərhad (Türkiyə) – 3:2

Giorgi Manjavadze (Gürcüstan) – Amin Kuşkov (Azərbaycan) – birinci döyüşə gəlməyib

 

81 kq

Xurşid Abdullayev (Özbəkistan) – Rauf Rəhimov (Azərbaycan) – 0:5

Alfonso Dominqes (Azərbaycan) – Cəbrayıl Yelekov (Azərbaycan) – ikinci döyüşə gəlməyib

 

91 kq

Madiyar Saydrəhmanov (Özbəkistan) – Yuness Baalla (Mərakeş) – 5:0

İsmayıl Yaqubov (Azərbaycan) – Rahil Məmmədli (Azərbaycan) – 1:4

 

+91 kq

Danila Semenov (Qazaxıstan) – Sadiq Səmədov (Azərbaycan) – 3:2

Obidjon Toxirov (Özbəkistan) – Şiqabudin Əliyev (Rusiya) – 4:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest