Bu gün futzal üzrə Yüksək və Birinci liqada 2023-24 mövsümünün püşkü atılacaq. Matc.az xəbər verir ki, mərasim Bakı İdman Sarayında təşkil olunacaq.
 
Saat 11:00-da başlayacaq tədbirdə iştirakçı komandaların nümayəndələri iştirak edəcəklər.
 
Yüksək Liqada "Araz-Naxçıvan", "Neftçi" İK, "Baku Fire", U-19, "Record club" və "Yasamal-Baku", Birinci Liqada isə "Şuşa", "Metropoliten", "Ulduz", "STAR kargo", "Trabzonspor", "Timsport", "Dəstə Ordubad", PFL, "Xan-Lənkəran", "Baku Fire-2", "Dalğa" və "Bakı" MFK komandaları mübarizə aparacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest