Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək səfər oyununda azarkeş dəstəyindən məhrum olmayacaq. Matc.az yerli futbol assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 16-da baş tutacaq qarşılaşma üçün qonaqlara bilet satışına başlanılıb.
 
Avstriyalı azarkeşlər qonaq komanda üçün ayrılmış sektorda oturmaqdan ötrü 4 avrolarından keçməlidilər. çünki biletlərin qiyməti məhz 4 avrodu. Bununla bağlı yerli KİV müqayisə də aparıb. Bildirilib ki, Avstriyada oyunlara ən ucuz bilet 6 avrodan başlayır. İlkin satış oktyabrın 1-dək olacaq. 
 
Qeyd edək ki, hazırda Avstriya yığması 13 xalla qrupda ikinci, Azərbaycan millisi isə 1 xalla dördüncü pillədədi. Yığmamız oktyabrın 13-də Tallində Estoniya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest