"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Morqan Şnederlen Yunanıstan Superliqasında çıxış edən "Kifisiya" klubu ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 33 yaşlı fransız bu həftənin əvvəlində kluba gəlib və indi rəsmi olaraq "Kifisia" oyunçusu kimi elan edilib. Yarımmüdafiəçi əvvəlcə avqust ayında Türkiyənin "Konyaspor" klubuna pulsuz transfer olsada, cəmi 10 gün sonra "ailəvi səbəblər" üzündən müqaviləsinə xitam verib. Şnederlen 2015-ci ilin yayında onu "Sauthempton"dan 35 milyon avroya satın alan "Mançester Yunayted"dəki çıxışı ilə tanınır. O, "qırmızı şeytanlar"ın heyətində 47 oyun keçirib. O, Fransa millisində 15 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest