"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino komandanın hücumçusu Lionel Messidən danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Bu barədə artıq danışmışam. Hər oyundan əvvəl vəziyyətə baxacağıq. "çikaqo" ilə oyundan əvvəl onun vəziyyətini qiymətləndirəcəyik. Ehtiyat oyunçular skamyasında olacaq. "çikaqo" ilə matçda heyətə düşəcək ya yox onu görəcəyik. İndi o, komandadan ayrı məşq edir. Amma özünü getdikcə daha yaxşı hiss edir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest