"Qəbələ" klubunun məktəblilərlə növbəti görüşü təşkil edilib. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Vəndam qəsəbəsi 1 və 2 saylı orta məktəbdə cüdo idman növü üzrə Qəbələ bölməsinin baş məşqçisi Rail İsmayılov, fəal azarkeş Nəriman Mahmudzadə, futbolçular – Elvin Camalov və Lalavele Atakoranın iştirakı ilə şagirdlərlə görüş keçirilib.

Görüş zamanı çıxış edən Rail İsmayılov, Lalavele Atakora və Elvin Camalov məktəbliləri komandanın yanında olmağa, onu dəstəkləməyə çağırıblar. Ardınca şagirdlər arasında klub barədə suallardan təşkil olunmuş müsabiqə keçirilib.

Müsabiqənin qaliblərinə Atakora və Camalovun imzalı forması təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest