Topaz Premyer Liqasının XXIII turu yüksək məhsuldarlıqla əlamətdar olub. Baş tutan dörd oyunda 16 qol vurulub. "Neftçi" - "Zirə" (4:2), "Sumqayıt" - "Keşlə" (2:1), "Qəbələ" - "Qarabağ" (1:2) və "Sabah" - "Səbail" (3:1) görüşlərinin keçirildiyi turda orta məhsuldarlıq 4-ə bərabər olub.

Topaz Premyer Liqasının XXIII turu yüksək məhsuldarlıqla əlamətdar olub. Matc.az saytı xəbər verir ki, baş tutan dörd oyunda 16 qol vurulub.

"Neftçi" – "Zirə" (4:2), "Sumqayıt" – "Keşlə" (2:1), "Qəbələ" – "Qarabağ" (1:2) və "Sabah" – "Səbail" (3:1) görüşlərinin keçirildiyi turda orta məhsuldarlıq 4-ə bərabər olub.

Bu, cari mövsümün ikinci göstəricisidi. Yalnız XI turda daha çox – 17 qol vurulmuşdu. Maraqlıdı ki, orta məhsuldarlığın 4,25 olduğu həmin turda da eyni cütlər üz-üzə gəlib. 2018-ci il oktyabrın 10-11-ni əhatə edən turda "Neftçi" – "Zirə" (2:2), "Sumqayıt" – "Keşlə" (1:4), "Qəbələ" – "Qarabağ" (1:3) və "Sabah" – "Səbail" (0:4) qarşılaşmaları keçirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest