“Neftçi”nin baş məşqçisi Adrian Mutu Rumıniyanın daha bir klubunun gündəminə düşüb. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, ötənlərin məşhur futbolçusu bu dəfə ÇFR-in maraq dairəsindədi.
 
Adıçəkilən komanda son 5 görüşün cəmi 1-də qələbə qazanıb. Gedişatdan narazı olan prezident Nelu Varqa hazırkı baş məşqçi Andrea Mandorlininin fəaliyyətindən narazıdı. O, qış fasiləsində baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır. Varqanın bu vəzifəyə gətirmək üçün ilk namizədi isə məhz Mutudu. ÇFR rəhbərliyi dekabrın sonlarında 44 yaşlı mütəxəssisə təklifini göndərəcək.
 
Qeyd edək ki, Adrian Mutu “Neftçi”nin sükanı arxasına yay fasiləsində keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest