"Turan Tovuz" yeni mövsümdən etibarən ev oyunlarının keçiriləcəyi stadionda elektron bilet sisteminə keçir.

"Turan Tovuz" yeni mövsümdən etibarən ev oyunlarının keçiriləcəyi stadionda elektron bilet sisteminə keçəcəyini elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu yenilik stadionun UEFA standartlarının tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır. "Birbilet.az" platforması ilə əməkdaşlıq çərçivəsində azarkeşlər artıq kassaya gəlmədən biletləri onlayn şəkildə əldə edə biləcəklər.

Mövsümlük bilet əldə etməklə stadionda ən ideal yeri seçmək və mövsüm boyu bütün oyunları eyni yerdən izləmək mümkündür. Şəhid ailələri və qazilər onlar üçün ayrılmış sektora dəvətnamələri stadionun kassasından ödənişsiz əldə edə bilərlər.

Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər isə biletləri stadionun kassasından fiziki şəkildə ala biləcəklər. Stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.

Mövsümün ilk oyunu üçün biletlər sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Qeyd edək ki, "Turan Tovuz" mövsümün açılış matçında "Qəbələ" ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest