“Real” ciddi itki ilə üzləşib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniya təmsilçisinin yarımmüdafiəçisi Luka Modriç La Liqanın 14-cü turunda "Kadiz"lə dueldə diz nahiyəsindən zədələnib. Komandanın 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada xorvatiyalı start heyətində yer alıb və 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Modriç Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Napoli" ilə matçda iştirak edə bilməyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest