İngiltərə millisinin sağ cinah vingeri Bukayo Saka bürünc medal uğrunda keçirilən matçda het-trik etməklə dünya çempionatının bir oyununda 3 qol vuran dördüncü ingilis futbolçu kimi ölkəsinin futbol tarixinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Squawka" idman-statistika platforması məlumat yayıb.

Bildirilir ki, Londonun "Arsenal" klubunun hücumçusu bu uğurla Ceffri Herst (1966), Qari Lineker (1986) və Harri Keynin (2018) nailiyyətlərini təkrarlayıb.

Bununla yanaşı, gənc futbolçu yığmanın tarixində dünya çempionatının pley-off mərhələsində het-trik edən ikinci oyunçu olub. İngiltərə millisində bu göstəricidə ilk pillə 1966-cı ildə dünya çempionatının finalında AFR-ə qarşı matçda (4:2) 3 qol vuran hücumçu Herstə məxsus idi.

Hazırda Sakanın İngiltərə millsinin heyətində keçirdiyi 56 oyunda 17 qolu və 12 məhsuldar ötürməsi var. Bukayo Sakanın möhtəşəm het-triki İngiltərəyə qol şousunun qeydə alındığı bürünc medal uyğrunda görüşdə Fransaya 6:4 hesabı ilə qalib gəlməyə kömək edib

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest