Lionel Messi 2026-cı il dünya çempionatının "Qızıl top" mükafatına layiq görüləcək.
Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi İspaniyaya qarşı keçiriləcək final görüşünün nəticəsindən asılı olmayaraq, 2026-cı il dünya çempionatının "Qızıl top" mükafatına layiq görüləcək.
Matc.az xəbər verir ki, bu barədə qərar Beynəlxalq Futbol Federasiyasının (FİFA) Texniki Komitəsinin iclasında qəbul edilib.
Toplantıda bu gün baş tutacaq final qarşılaşmasından sonra təqdim ediləcək rəsmi mükafatlar müzakirə olunub və sözügedən qərar qəbul edilib.
Cari dünya çempionatında meydana çıxdığı 7 matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan ulduz futbolçu karyerası ərzində üçüncü dəfə dünya birinciliyinin ən yaxşı oyunçusu seçiləcək.
Təcrübəli hücumçu daha əvvəl 2014 və 2022-ci illərdə təşkil olunmuş dünya çempionatlarında da "Qızıl top" mükafatını qazanıb.
Xatırladaq ki, turnirin baş mükafatı uğrunda keçiriləcək İspaniya – Argentina matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.













