19 İyul 2026, 16:49
FUTBOL
Fransa millisinin və "Kristal Pelas" klubunun mərkəz müdafiəçisi Maksans Lakrua karyerasını "Çelsi"də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder, jurnalist Ben Ceykobs məlumat yayıb.
Bildirilir ki, "London klubunun rəhbərliyi artıq 26 yaşlı fransalı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. "Qartallar" müdafiə xəttinin liderini buraxmağa hazırdırlar, lakin bunun müqabilində ciddi təzminat – 55 milyon funt-sterlinq tələb edirlər.
"Kristal Pelas" Lakruanı 2024-cü ilin yayında Almaniyanın "Volfsburq" klubundan 18 milyon avroya transfer etmişdi. O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 55 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.













