“Əhəmiyyətinə görə, bu oyun pley-off mərhələsi ilə müqayisə oluna bilər. Çünki, qalib gəlsək, növbəti mərhələyə keçəcəyik”. Matc.az xəbər verir ki, bunu “Atletiko”nun futbolçusu Sezar Aspilikueta deyib.

Madrid təmsilçisinin müdafiəçisi Çempionlar Liqasının qrup mərhələsində “Feyenoord”la oyunu barədə danışıb. İspaniyalı futbolçunun fikrincə, çətin rəqiblə -üzə-üzə gələcəklər: “Feyenoord” çətin rəqibdir və onlar bunu Madriddəki oyunda da göstərdilər. Bizim üçün çox çətin idi, lakin matça aydın fikirlərlə yanaşmalıyıq. Bilirik ki, qalib gəlsək, turnirin növbəti mərhələsinə yüksələcəyik, ona görə də bu fürsəti əldən verməməliyik. Mütləq xal qazanmalıyıq, bu, hamımız üçün vacibdir”.

Xatırladaq ki, qarşılaşma bu gün Niderlannda, “De Kuip” stadionunda baş tutacaq.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest