"Lyon" baş məşqçi Fabio Qrosso ilə yollarını ayırmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pyer Saget "Lion"un baş məşqçi əvəzi təyin edilib. 46 yaşlı Qrosso sentyabrın 16-dan "Lyon"da çıxış edir. Bu müddət ərzində o, komandaya 9 oyunda başçılıq edib və 6-13 top fərqi ilə 5 məğlubiyyət alıb.

Qeyd edək ki, "Lyon" Fransa çempionatında keçirdiyi 12 oyunda cəmi 1 qələbə qazanıb və 7 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest