İngiltərə Premyer Liqası noyabrın ən yaxşı məşqçisi adına namizədlərin adlarını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Erik ten Haq (“Mançester Yunayted”), Eddi Hou (“Nyukasl”), Andoni İraola (“Bornmut”) və Rob Edvards (“Luton”) bu mükafata iddialıdırlar . Ten Haq noyabrda Premyer Liqanın hər üç matçında qalib gələn yeganə namizəd olub.

Qeyd edək ki, avqust, sentyabr və oktyabr aylarında bu mükafatı qazanaraq, bu mövsüm ayın məşqçisi mükafatını yalnız “Tottenhem”dən Ange Postecoglou alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest