"Atalanta", "Bayer", "Liverpul" qrup lideri kimi, "Brayton", "Frayburq", "Marsel", "Renn", "Roma", "Slaviya" (Praqa), "Vilyarreal" və "Vest Hem" isə 2-ci yerin sahibi kimi pley-offa adlarını yazdırıblar.

Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, 14 komanda növbəti mərhələyə vəsiqə qazanıb.
 
"Atalanta", "Bayer", "Liverpul" qrup lideri kimi, "Brayton", "Frayburq", "Marsel", "Renn", "Roma", "Slaviya" (Praqa), "Vilyarreal" və "Vest Hem" isə 2-ci yerin sahibi kimi pley-offa adlarını yazdırıblar.
 
Almaniya təmsilçisi "Bayer" avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ"la eyni qrupda mübarizə aparır. "Köhlən atlar" V turda "Molde" ilə üz-üzə gəlib və qarşılaşma məhsuldar heç-heçə ilə bitib (2:2).
 
Xatırladaq ki, 2024-cü ilin 23 fevralında İsveçrənin Nyon şəhərində 1/8 final mərhələsinin püşkatma mərasimi baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest