Milli komandaların oktyabrın 25-də dərc olunacaq FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb. Matç.az saytı xəbər verir ki, təxmini siyahı bir sıra dəyişikliklər vəd edir.
Bunlar Azərbaycan milisindən də yan ötməyib. Hesabat dövründə Millətlər Liqasında iki görüş keçirən Qurban Qurbanovun yetirmələri 5 reytinq xalı əldə edib. Buna Farer adaları üzərində səfər qələbəsi (3:0) və Maltayla Bakıdakı heç-heçə (1:1) səbəb olub.
Təxmini siyahıda Azərbaycan 107-ci sırada qərarlaşıb. ötən reytinqlə müqayisədə 1 pilləlik irəliləyiş anlamına gəlir. Yığmamız Afrika təmsilçisi Nigeri arxada qoyur.
Millimiz və "qonşuları"
103 (104). Haiti - 1216
104 (103). Mavritaniya - 1213
105 (99). Liviya - 1210
105 (107). Keniya - 1210
107 (108). Azərbaycan - 1207
108 (105). Niger - 1195
109 (116). Namibiya - 1192
110 (111). KXDR - 1191
110 (117). Zimbabve - 1191
Komandamızın Millətlər Liqasındakı rəqiblərinə baxsaq, Farer adaları 3 pillə geriləyirsə, Kosovo 1 addım irəli atır. Malta isə öz mövqeyində duruş gətirir. Kosovo millisi ilə bağlı təxmin doğrulsa, rəqibimiz tarixində ən yüksək pilləyə qalxacaq.
Millimizin rəqibləri
95 (92). Farer adaları – 1251
138 (137). Kosovo – 1099
183 (183). Malta - 927
Dünyanın ən güclü 10 komandasının siyahısı da dəyişikliklərə məruz qalacaq. Fransa liderə şərikliyi itirəcəksə, Uruqvay mövqeyini İngiltərəyə verəcək.
İlk "onluq"
1 (1). Belçika - 1733
2 (1). Fransa - 1732
3 (3). Braziliya - 1669
4 (4). Xorvatiya - 1635
5 (6). İngiltərə - 1619
6 (5). Uruqvay - 1617
7 (7). Portuqaliya - 1616
8 (8). İsveçrə - 1598
9 (9). İspaniya - 1594
10 (10). Danimarka – 1584
Qeyd edək ki, qonşu Türkiyə 1449 xalla təxmini siyahının 38-ci sırasında yerini qoruyur.